RƏSMİ


Prezident İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşdülər.