DÜNYA


Yunanıstanda yanan bərədən min nəfərdən çox insan təxliyə olunub

Yunanıstanda göyərtəsində mindən çox insanın olduğu “Eleftherios Venizelos” bərəsində yanğın baş verib. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, indiyə qədər 875 sərnişin və 141 ekipaj üzvü yanan bərədən təxliyə olunub. İnsident nəticəsində heç kim xəsarət almasa da, bəzi sərnişinlər müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır