RƏSMİ


Prezident İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Zurab Pataradze fəxri qarovul dəstəsinin qarşısından keçdi. Zurab Pataradze etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.