DÜNYA


Türkiyədə Zəfər bayramı qeyd olunur

Türkiyədə Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü qeyd olunur. Ölkənin bütün ərazisində küçə və meydanlar bayramsayağı bəzədilib, 96 il əvvəl qazanılan şanlı zəfərin ildönümünü böyük coşqu ilə bayram edilir. AZƏRTAC xəbər verir ki, bayram münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər. Anıtqəbirdə böyük izdiham yaşanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır