RƏSMİ


Prezident İlham Əliyev Çinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Çinin Azərbaycan üçün etibarlı tərəfdaş və dost ölkə olduğunu vurğulayaraq, özünün Çin Xalq Respublikasına rəsmi səfəri və ölkə rəhbərliyi ilə görüşlərini məmnunluqla xatırladı.