DÜNYA


Soçidə sərnişin təyyarəsi enmə zamanı alışıb, xəsarət alanlar var

Rusiyanın Soçi şəhərində “Utair” hava şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi hava limanına enmə zamanı alışıb. AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 6 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib.