SİYASƏT


Gənc kursantlar atış çalışmalarını yerinə yetirir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kursunda təhsil alan kursantlar ilkin hərbi hazırlıq çərçivəsində atıcı silahlardan atış çalışmalarını icra edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər. Gələcək zabitlərin keyfiyyətli hazırlığı məqsədilə keçirilən praktiki atışlardan əlavə gənc kursantlar müxtəlif təlim sahələrində tədris tapşırıqlarını yerinə yetirirlər.