Şabranın Qorğan kəndinə ilk dəfə təbii qaz verilib
04.09.2018 [16:07]
Xəbərin mətni
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Şabran rayonunun Qorğan kəndinin qazlaşdırılması işi başa çatdırılaraq, abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 4-də Qorğan kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.