DÜNYA


Yaponiyada tufan nəticəsində üç nəfər ölüb

Yaponiyada “Cebi” tufanı nəticəsində üç nəfər həlak olub, təqribən 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaponiya Mərkəzi Meteorologiya Agentliyinin məlumatına əsasən, tufanın sürəti saatda 60 kilometrə, şiddətlə əsdikdə isə saatda 216 kilometrə çatır.