DÜNYA


Yaponiyada bir milyondan artıq insan işıqsız qalıb

Yaponiyanın Osaka, Qifu, Mie və Ayti prefekturalarında 1,2 milyon artıq insan elektrik enerjisiz qalıb. Buna səbəb "Cebi" tufanı olub. Tufandan sonra ölkənin bu ərazilərində 32 dərəcə isti müşahidə olub və sakinlər elektrik enerjisinin olmadığından kondisionerdən istifadə edə bilmirlər.