Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan məhsullarının Çinə ixracı genişlənir

06.09.2018 [17:08]

Xəbərin mətni
VI “Çin-Avrasiya” sərgisi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair ümumilikdə 14 razılıq əldə olunub. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 6-da İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair keçirdiyi mətbuat konfransında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI