Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilir
07.09.2018 [11:59]
Xəbərin mətni
ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası (BCIU) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə sentyabrın 7-də Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumun moderatoru, BCIU-nun vitse-prezidenti Cefri Donald Azərbaycanda belə bir miqyasda tədbirin keçirilməsini beynəlxalq ticari və işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.