DÜNYA


Hindistanda avtobus qəzası: 32 ölü

Hindistanın cənubunda yerləşən Telinqana ştatında zəvvarları daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində azı 32 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, “Times of India” qəzetinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, avtobus sentyabrın 11-də səhər saatlarında Caqtyal dairəsində qəzaya uğrayıb. İçərisində 62 zəvvar olan avtobus dağ aşırımı ilə məşhur Kondaqattu məbədinə gedirmiş. Ehtimal edilir ki, sürücü idarəetməni itirib və avtobus 4 dəfə aşaraq uçuruma düşüb.