Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3 milyondan çox sərnişinə xidmət göstərib
11.09.2018 [15:39]
Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 12 faiz çoxdur. Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 335 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 305 min sərnişin düşüb.