DÜNYA


Əfqanıstanda baş verən partlayış nəticəsində həlak olanların sayı 68 nəfərə çatıb

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Mohmand Dara rayonunda etiraz aksiyası zamanı baş verən partlayış nəticəsində həlak olanların sayı 68 nəfərə çatıb. AZƏRTAC Pajvak informasiya agentliyinə istinadla xəbər verir ki, əyalət qubernatorunun nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.