RƏSMİ


Prezident İlham Əliyev 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Sevinc Hüseynova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.