Bakıdakı 2 nömrəli texniki-humanitar liseyin binası əsaslı təmir edilib
Prezident İlham Əliyev liseydə yaradılan şəraitlə tanış olub
12.09.2018 [14:42]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, təhsil ocağının direktoru Bəkir Mustafayev burada aparılan işlər barədə dövlətimizin başçısına məlumat verdi.