RƏSMİ


Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib. AZƏRTAC xəbər verir ki, Tomas Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu baxımdan, Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur.