RƏSMİ


Prezident İlham Əliyev Nardarandakı 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Dilarə Cəbrayılova dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi.