Bakının Maştağa qəsəbəsindəki 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib
Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitlə tanış olub
13.09.2018 [14:29]
Xəbərin mətni
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.