SİYASƏT


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Varşavada qeyd edilib

Sentyabrın 12-də Polşanın paytaxtı Varşava şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Mazovetski voyevodluğunun binası önündə Azərbaycana həsr olunmuş “İstiqamət – Azərbaycan” adlı sərgi ilə tanış olublar.