SİYASƏT


Dövlət Sərhəd Xidmətində İsrailin müdafiə naziri ilə görüş olub

Sentyabrın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan Respublikası və İsrail Dövləti arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğurla həyata keçirildiyi vurğulanıb.