Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilib

14.09.2018 [18:32]

Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında sentyabrın 14-də ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilib. FHN-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, nazirliyin məsul şəxsləri, kursantların valideynləri iştirak ediblər.