Filippində “Manqxut” qasırğası qurbanlarının sayı 25-ə çatıb
16.09.2018 [12:15]
Xəbərin mətni
Filippində “Manqxut” qasırğası qurbanlarının sayı 25-ə çatıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd edilir ki, Kaqayan əyalətində mindən çox yaşayış evi fəlakətə məruz qalıb, rabitə və elektrik verilişi ilə bağlı problemlər müşahidə olunur. Sahilyanı ərazilərdən təxliyə edilmiş 105 min nəfər müvəqqəti sığınacaqda yerləşib.