DÜNYA


ABŞ-da "Florens" qasırğası qurbanlarının sayı 18 nəfərə çatıb

ABŞ-ın şərq sahillərində tüğyan edən “Florens” qasırğası azı 18 nəfərin ölümünə səbəb olub. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Karolina ştatının bəzi rayonlarında suyun səviyyəsi yüksəlməkdə davam edir və əhalinin həyatı üçün təhlükə artır. Ştat ərazisindəki yolların əksəriyyəti su altında qalıb. Təhlükəli ərazilərdə yaşayan 15 min insan müvəqqəti yaşayış mərkəzlərinə göndərilib.