DÜNYA


Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşü başa çatıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.