RƏSMİ


Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.