Azərbaycan Dövlət İnformasiya Agentliyi

İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb

22.09.2018 [14:38]

Xəbərin mətni
Bu gün səhər İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktında həlak olanların sayı 24 nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Press TV telekanalı məlumat yayıb. Silahlı hücum təxminən 10 dəqiqə davam edib. Həlak olanlardan 8-i hərbçidir. Terrorçulardan 4-ü öldürülüb.