Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
25.09.2018 [18:01]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev dövlətimizin başçısına sərgi barədə məlumat verdilər.