RƏSMİ


Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
Prezident İlham Əliyev Milli Gimnastika Arenasında final görüşünə baxıb

Bakıda cüdo üzrə dünya çempionatı davam edir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer sentyabrın 26-da Milli Gimnastika Arenasında keçirilən yarışları izləyiblər.