Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxının Meysəri kəndində “Həssas Dəb” Beynəlxalq Etik Dizayn Məntəqəsi açılıb

28.09.2018 [11:24]

Xəbərin mətni
Sentyabrın 27-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şamaxı rayonunun Meysəri kəndində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsinin İmadəddin Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqəsinin finalçılarının iştirakı ilə tədbir keçirilib.