SİYASƏT


Azərbaycanın və Macarıstanın xarici işlər nazirləri AZƏRTAC-ın və MTV-nin suallarına cavab veriblər

Sentyabrın 27-də Macarıstanın BMT yanında Daimi Nümayəndəliyində Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun görüşü olub. Görüşdən sonra iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Macarıstanın “Magyar Televízió” Dövlət Teleşirkətinin (MTV) jurnalistlərinin suallarına cavab veriblər.