Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycanlı gənc pianoçu Parisdə konsert proqramı ilə çıxış edib

29.09.2018 [10:47]

Xəbərin mətni
Parisdəki “Jazz Cafe Montparnasse” klubunda gənc bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub. E.Əsədli xalq mahnılarımızı və özünün bəstələdiyi kompozisiyaları Zakari Abrahamın (kontrabas) və Tilo Bertolonun (zərb aləti) müşayiəti ilə ifa edib.