RƏSMİ


Prezident İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Milan Ekert fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Milan Ekert etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.