MƏDƏNİYYƏT


“Euronews” kanalı Nəsimi Festivalı haqqında reportaj yayımlayıb

“Euronews” telekanalı Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj hazırlayıb. AZƏRTAC xəbər verir ki, reportajda sentyabrın 27-dən 30-dək gerçəkləşən festivalla bağlı ətraflı məlumat verilib.