MƏDƏNİYYƏT


Nigeriyanın müstəqillik günündə Azərbaycan da təmsil olunub

Nigeriyanın müstəqillik günü ilə əlaqədar Laqos şəhərində Banana Mədəniyyət Festivalı keçirilib. Festivala Laqosda yaşayan Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə və Almaniya da daxil olmaqla ümumilikdə 20 ölkənin nümayəndəsi qatılıb. AZƏRTAC xəbər verir ki, ölkəmizi tədbirdə Nigeriyada yaşayan Azərbaycanın Dostları Təşkilatının prezidenti Billurə Bayramova təmsil edib.