DÜNYA


Hindistanda avtobus qəzası: 15 ölü, 17 yaralı

Hindistanın Cammu və Kəşmir ştatında mikroavtobusun dərəyə aşması nəticəsində azı 15 nəfər həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. AZƏRTAC xəbər verir ki, PTI agentliyinin yerli polisə istinadla yaydığı məlumata görə, yaralılardan 10-nun vəziyyəti ağırdır. Onlar Cammu xəstəxanasına helikopter vasitəsilə çatdırılıb.