Azərbaycan Dövlət İnformasiya Agentliyi

İndoneziyada təbii fəlakət qurbanlarının sayı 2000-ə çatıb

07.10.2018 [22:59]

İndoneziyanın Mərkəzi Sulavesi bölgəsində baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1944 nəfərə çatıb. Bununla bağlı ölkənin xilasetmə və axtarış milli agentliyi məlumat yayıb. Həmçinin, agentliyin bildirdiyinə əsasən, hazırda 5 min nəfər itkin düşmüş sayılır.