Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-nın payız sessiyası işə başlayıb

08.10.2018 [15:02]

Xəbərin mətni
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın 8-də öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edir.