SİYASƏT


Səməd Seyidov: Ölkələrə qarşı ikili standartlar davam edir

Bu gün biz AŞPA-da ölkələr, onların vəziyyəti haqqında danışırıq. Ancaq təəssüflər olsun ki, ölkələrə münasibətdə ikili standartlar yenə də davam edir. Türkiyə Avropanın sabitliyinə töhfələr verib. Buna nümunə kimi Avropadakı miqrant böhranı zamanı Türkiyənin köməyini göstərə bilərik. Bu fikirləri AŞPA-nın payız sessiyasında Türkiyədəki seçkilərlə bağlı debatlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.