Azərbaycan Dövlət İnformasiya Agentliyi

Litvalı rejissor Arunas Matelisin filmi Bakıda təqdim olunub

10.10.2018 [10:31]

Xəbərin mətni
Nizami Kino Mərkəzində litvalı rejissor Arunas Matelisin ekranlaşdırdığı “Möhtəşəm uğursuzlar: Fərqli dünyalar” (Wonderful losers: A different world) filminin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Kann film festivalında nümayiş olunan ekran əsərinin Bakıda təqdimatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.