Eniş zamanı təyyarənin şassi dayaqları sındı
10.10.2018 [20:21]
Rusiyanın Yakutsk şəhərində təyyarə eniş edərkən zolaqdan kənara çıxıb və şassi dayaqları sınıb. Bu səbəbdən sərnişinlər təcili salondan təxliyyə ediliblər. Təyyarədə 87 sərnişin və 5 heyət üzvü olub.