SİYASƏT


Cəbhədə sutka ərzində atəşkəs rejimi 25 dəfə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.