DÜNYA


"Soyuz" raketində qəza olub - Heyət kosmik stansiyaya çıxa bilməyib

Bu gün Baykonur kosmodromundan havaya qalxan Soyuz raketində qəza olub. Rusiya və ABŞ kosmonavtlarının olduğu raket onları Kosmik Stansiyaya çatdırmalı idi. Lakin orbitə çıxdıqdan sonra raketin ikinci mühərrikində qəza olub. Kosmonavtlar geri qayıtmalı olublar. Qazaxıstan ərazisinə eniş edən pilotlar sağdırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır