RƏSMİ


Prezident İlham Əliyev “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak edib

Oktyabrın 11-də “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.