MƏDƏNİYYƏT


Milli kinomuzun 120 illiyinə həsr olunan fotosərgi açılıb

Milli Kinomuzun 120 illiyi çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə müxtəlif silsilə tədbirlər keçirilir. “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi də bu qəbildən hesab edilir. AZƏRTAC xəbər verir ki, bu sözləri sözügedən sərginin açılışında Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyev deyib.