Süxur qırıntılarının yamacboyu hərəkəti müşahidə olunur
14.10.2018 [18:39]
Xəbərin mətni
Saat 18:00-a olan məlumata görə, sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Lakin sürüşmə kütləsi üzərində asılı vəziyyətdə qalmış qırıntıların yamacboyu hərəkəti müşahidə olunur.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi və yaradılmış qərargahın üzvü Sadiq Əmiraslanov məlumat verib.