Əziz Qaralov: Sürüşmənin miqyası genişlənir
16.10.2018 [10:14]
Xəbərin mətni
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gecəboyu müşahidələr aparıblar. Sürüşmə sahəsində saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecəboyu davam edib. Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub.