Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib

16.10.2018 [17:59]

Xəbərin mətni
Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxış edərək bildirib ki, 2018-ci il Azərbaycan xalqının yaddaşına tarixi əhəmiyyətli yubileylərlə həkk olunacaq. Bunlar böyük təntənə ilə qeyd olunan Azərbaycan Ordusunun, Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak qüvvələrindən azad edilməsinin, Azərbaycan parlamentinin və ən önəmlisi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyidir.