Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Krımda kollecdə partlayış: 10 ölü

17.10.2018 [15:00]

Xəbərin mətni
Krımın şərqində yerləşən Kerç şəhərindəki texnikumlardan birində baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 50 nəfərə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 20-si xəstəxanalara yerləşdirilib. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, partlayışın qaz sızması səbəbindən baş verməsi əsas versiya kimi nəzərdən keçirilir.